Bakıda avtomobil istehsalı artıb

Bakıda avtomobil istehsalı artıb
İqtisadiyyat 308

2020-ci ildə Bakıda maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların, sair nəqliyyat vasitələrinin istehsalı sahələrində 274,5 milyon manatlıq məhsul istehsal edilib.

BAKU.WS trend-ə istinadən xəbər verir ki, əvvəlki ilin yanvar-dekabr ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 28,5 faiz azalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 0,8 faiz artıb.

Əvvəlki ilin yanvar-dekabr aylarına nisbətən ştanqlı quyu nasoslarının istehsalı 42,5 faiz, odsöndürənlərin istehsalı 72,1 faiz, fəvvarə armatur istehsalı 76,9 faiz, mancanaq dəzgahların istehsalı isə 62,9 faiz azalıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər