Bakı–Supsa neft kəməri ilə indiyədək 740 milyon barelə yaxın neft nəql olunub
Bu il aprelin 1-nə qədər Bakı–Supsa neft kəməri ilə 738 milyon barel neft nəql olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib.
Məlumata əsasən, bu kəmər 1999-cu il aprelin 17-də istismara verilib:
"Bu kəmər Azərbaycanın müasir enerji strategiyasında mühüm yer tutaraq, Azərbaycan neftinin Qara dəniz vasitəsilə dünya bazarına çıxışını təmin edir. O, "Əsrin müqaviləsi"ndən sonra həyata keçirilən ilk beynəlxalq ixrac layihələrindən biri kimi Azərbaycan neftinin ilk dəfə Qərb istiqamətində ixracını mümkün edib. Bakı–Supsa neft kəməri regionda enerji əməkdaşlığının inkişafına töhfə verərək, sonrakı iri nəql layihələrinin reallaşdırılması üçün möhkəm zəmin yaradıb".
"Bakı-Supsa" - "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil olunan neftin nəqli üçün nəzərdə tutulan ixrac marşrutudur. Neft kəmərinin uzunluğu 837 km-dir: bunun 775 km-i diametri 21 düym (530 mm) olan yeni boru kəmərindən, 55 km-i isə rekonstruksiya olunmuş kəmərdən ibarətdir. Kəmərin illik ötürücülük qabiliyyəti 7 milyon tondan çox (gündə 145 min barel) təşkil edir. Bu istiqamət üzrə nəql 2022-ci ilin yazında dayandırılıb və hazırda Azərbaycan neftinin bütün həcmi BTC kəməri ilə ixrac olunur.
Oxşar xəbərlər
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,93ABŞ dolları və ya 2,58 % artaraq 116,41ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...