Bakıda marşrut xətlərindən biri uzadıldı

Bakıda marşrut xətlərindən biri uzadıldı
İqtisadiyyat 2102
Bakıda marşrut xətlərindən biri uzadılıb.BAKU.WS Bakı Nəqliyyat Agentliyinə istinadən məlumat verir ki, bundan əvvəl 199 saylı marşrut xətti Şərq bazarının qarşısındakı dayanacaqdan Masazır dairəsi daxil olmaqla "Abşeron" gənclər şəhərciyinə qədər yol qət edirdi. Həmin ərazidə yaşayan sərnişinlərin və Bakı Mühəndislik Universitetində təhsil alan tələbələrin quruma çoxsaylı müraciətləri də nəzərə alınmaqla marşrutun xətti universitetin önündəki dayanacağa qədər uzadılıb.Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən 199 saylı marşut xətti üzrə hərəkət edən avtobuslarda ödəniş nağdsız qaydada kart sistemi vasitəsilə həyata keçirilir.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabahdan daha bir sərnişin avtobusu kartla işləyəcək

Sabahdan daha bir sərnişin avtobusu kartla işləyəcək

Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən daha bir marşrut xətti üzrə gediş haqqının ödənişi “BakıKart” vasitəsi ilə həyata keçiriləcək.BNA-dan BAKU.WS-ə v...

1848 Sosial 15:02 13 iyul 2018

Son xəbərlər