Sabahdan daha bir sərnişin avtobusu kartla işləyəcək

Sabahdan daha bir sərnişin avtobusu kartla işləyəcək
Sosial 1833
Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən daha bir marşrut xətti üzrə gediş haqqının ödənişi “BakıKart” vasitəsi ilə həyata keçiriləcək.BNA-dan BAKU.WS-ə verilən məlumata görə, iyulun 14-dən 199 nömrəli müntəzəm marşrut xətti üzrə (Xətai prospekti-Bakı Mühəndislik Universiteti) hərəkət edən avtobuslarda nağdsız ödəniş sistemi tətbiq ediləcək. Gediş haqlarının “Bakıkart” vasitəsi ilə ödənilməsini təmin etmək üçün “Xaliq Faiqoğlu” şirkəti tərəfindən xəttə texniki baxımdan saz vəziyyətdə olan və validatorla təchiz edilən nəqliyyat vasitələri buraxılacaq. 199 nömrəli marşrut xəttinin hərəkət sxeminə uyğun dayanacaqlarda ödəmə terminallarının qoyulması ilə bağlı zəruri tədbirlər görülür.Bununla da nağdsız ödəniş sistemi ilə çalışan marşrut xətlərinin sayı 23-ə çatmış olur.BAKU.WS

Oxşar xəbərlər

Bakıda daha bir marşrut kartla olacaq

Bakıda daha bir marşrut kartla olacaq

Müntəzəm marşrut xətləri üzrə gediş haqqının “BakıKart” vasitəsi ilə ödənilməsi istiqamətində tədbirlər davam etdirilir.Bakı Nəqliyyat Agentliyi BAKU.WS-ə veril...

1579 Sosial 10:08 14 fevral 2018

Son xəbərlər