Bakı ilə Pekin arasında aviareyslərin sayı artırılacaq

17
yan
2019
11:39
“Azərbaycan Hava Yolları”, Azərbaycan Turizm Bürosu və Çinin aparıcı turizm şirkəti - ETI-Holidays (Beijing HUAYUAN International Travel Co., LTD) Pekində üçtərəfli qarşılıqlı anlaşma memorandumunu imzalamışdırlar. Memorandum Pekin-Bakı aviareysi ilə çinli turistlərin Azərbaycana və Bakının tranzit qabiliyyətini artırmaq məqsədilə burdan da digər ölkələrə axınının artmasını nəzərdə tutur. Memoranduma əsasən, ETI-Holidays Azərbaycanın turizm potensialını təşviq etməyi və yerli turistlər arasında yeni təyinat markasının təşviqini dəstəkləməyi öz öhdəliyinə götürür.Qeyd edək ki, “Azərbaycan Hava Yolları” Heydər Əliyev Beynəlxalq Aeroportundan paytaxt Pekinin hava limanına rahat “Boeing 767-300” layneri ilə birbaşa uçuşlar həyata keçirir.

Oxşar xəbərlər
AZAL və Dövlət Turizm Agentliyi əməkdaşlıq edəcək
“Azərbaycan Hava Yolları” QSC, “Silk Way Holding” şirkəti, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu əməkdaşlıq haqqında saziş...
