Azərbaycana gələn turistlərin statistikası AÇIQLANDI
13
avq
2018
22:56
Ölkəmizə gələn əcnəbilərin çoxunun səfəri istirahət, əyləncə turizmidir. Azərbaycan vətəndaşları isə xaricə daha çox işgüzar məqsədlərlə səfər edirlər.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, 2017-ci ildə Azərbaycana gələn 2 696,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxsin 2 454 min nəfəri ölkəyə turizm məqsədilə səfər edib.Azərbaycana turizm məqsədilə gələnlərin 839,3 min nəfəri istirahət, əyləncə turizmi, 834,4 min nəfəri işgüzar turizm, 49,1 min nəfər müalicə turizmi, 14,7 min nəfər dini turizm, 674,9 min nəfər qohumların, dostların ziyarəti üçün səfər ediblər. Turistlərin 41,6 min nəfəri Azərbaycana digər turizm məqsədilə, 242,7 min nəfər isə digər məqsədlə səfər edib.2017-ci ildə Azərbaycana səfər edən əcnəbilərin sayı 2016-cı illə (2 248,8 min nəfər) müqayisədə artdığından ötən il qeyd edilən məqsədlərlə ölkəyə gələn bütün turistlərin sayında artım olub. Lakin ötən illər üzrə olan göstəricilərdən aydın olur ki, Azərbaycana gələn turistlərin səfərlərinin məqsədlərinin ardıcıllığı dəyişməyib. Başqa sözlə, ötən illər ərzində də Azərbaycana turistlər daha çox istirahət və əylənmək məqsədilə səfər edib.Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarına gəldikdə isə, 2017-ci ildə 4 108,9 min nəfərdən 3 447,4 mini turizm məqsədilə ölkəmizi tərk edib.Xaricə gedən Azərbaycan turistlərinin 1 054,9 min nəfəri istirahət, əyləncə turizmi, 1 306,5 min nəfəri işgüzar turizm, 189,6 min nəfər müalicə turizmi, 120,1 min nəfəri dini turizm, 586,1 min nəfəri qohumların, dostların ziyarəti, 190,2 min nəfəri digər turizm, 661,5 min nəfər isə digər məqsədlə səfər edib.Ötən il ərzində Azərbaycana gələn turistlərin arasında Rusiya, Gürcüstan, İran, Türkiyə vətəndaşları üstünlük təşkil edib.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı turistlər Novruzda hansı ölkədə dincəlmək istəyir? - SİYAHI
Novruz bayramı günlərində azərbaycanlı turistlərin ilk növbədə Türkiyə və Gürcüstan, daha sonra isə Avropa ölkələri və Birləşmiş Ərəb Əmirliyinə (Dubay) səfər e...