Azərbaycanlı biznesmen deputatlığa görə şirkətindən imtina edir - FOTO

Azərbaycanlı biznesmen deputatlığa görə şirkətindən imtina edir - FOTO
İqtisadiyyat 2349

Azərbaycanda fəaliyyət göstərən böyük şirkətin sahibi deputatlığa namizəd olacaq.BAKU.WS minval.info-ya istinadən xəbər verir ki, “Mətanət A”nın rəhbəri Elxan Bəşirov yaxın günlərdə vəzifəsindən uzaqlaşacaq. Onun yanvarın 15-də bütün işləri rəsmi olaraq qardaşı Fuad Bəşirova təhvil verəcəyi söylənilir.

Belə ki, bir həftə sonra şirkətin artıq keçmiş sahibi sayılacaq Elxan Bəşirov bu yaxınlarda parlament üzvlüyünə namizədliyini irəli sürəcək. Onun məhz bu səbəbdən “Mətanət A”nın prezident postunu tərk edəcəyi bildirilir.

Qeyd edək ki, şirkətin başına keçəcək Fuad Bəşirov hazırda “Mətanət A”da vitse-prezident vəzifəsində çalışır.

BAKU.WS

Son xəbərlər