Azərbaycanda təbii qazın qiyməti artacaq?

Azərbaycanda təbii qazın qiyməti artacaq?
İqtisadiyyat 1301
 

"Artıq neft-qaz erası öz dövrünü başa vurmağa başlayıb. SOCAR qiymət artımını onunla əsaslandıra bilər ki, daxili bazarda qazın qiyməti ucuzdur. Düşünmürəm ki, xaricə satılan qazın miqdarını kəsib ölkəyə yönəltsinlər. Əgər biz qaz ixrac ediriksə, niyə qaz qıtlığı ilə üzləşməliyik?”.

BAKU.WS xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Samir Əliyev "Qafqazinfo”ya müsahibəsində deyib. 

"Əsaslandırma belədir ki, noyabrın 15-də ölkədə qış rejiminə keçilir. Bu il də havalar tez soyudu. Havalar soyuyan kimi çevik qərarlar verilməlidir. Qiymət artımı isə gözlənilir. Sadəcə, hökumət qiymət artımını əsaslandıra bilmir.

Çünki dünya bazarında qazın qiyməti aşağıdır. Ancaq ölkədə istehsalçı şirkətlə paylayıcı şirkət ayrı olmalıdır. SOCAR həm qaz hasil edir, həm də paylayır. Paylama işi SOCAR-dan ayrılmalıdır ki, idarəetmə şəffaf olsun”.

İlyas Quliyev

BAKU.WS

Son xəbərlər