“Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır” - Komitə sədri
13
noy
2018
12:45
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Bu gün Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır”. BAKU.WS-in modern.az-a istinadla verdiyi məlumata görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin iclasında büdcə müzakirələri zamanı deyib. Komitə sədri bildirib ki, əməkhaqlarının uçotu düzgün aparılmır. “Məhz bu səbəbdən də Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır. Ona görə də vergilər sistemində nəzərdə tutulan dəyişikliliklər heç şübhəsiz ki, gələcəkdə Azərbaycanda vergi bazasının artmasına, büdcə gəlirlərinin və onun strukturunun daha da yüksəlməsinə öz təsirini göstərəcək”.BAKU.WS
Oxşar xəbərlər
Milli Məclisin ən çox maaş alan deputatları - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqlədikdən sonra deput...