Azərbaycanda avtomobillər üçün YENİ RÜSUMLAR - SİYAHI
02
avq
2018
15:38
Baş nazir Novruz Məmmədov "Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri"nin təsdiq edilməsi barədə qərar verib.BAKU.WS xəbər verir ki, minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri minik avtomobillərinin istehsal tarixi və mühərrikinin həcmi nəzərə alınmaqla müəyyən edilir. Bu aktın məqsədləri üçün minik avtomobili dedikdə, sürücünün oturacaq yeri də daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan avtonəqliyyat vasitəsi nəzərdə tutulur.Bu aktda istifadə olunan digər anlayışlar "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir. Minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu aşağıdakı məbləğlərdə müəyyən edilir:
Minik avtomobillərinin istehsal tarixindən asılı olaraq, onların dövlət qeydiyyatına alınmasına görə müəyyən olunan dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir:İstehsal tarixi 4 ilədək olan minik avtomobillərinə – 1,0,istehsal tarixi 4 ildən 10 ilədək olan minik avtomobillərinə – 0,8,istehsal tarixi 10 ildən çox olan minik avtomobillərinə – 0,3 manat müəyən edilib.Daha ətraflı bu linkdən tanış ola bilərsiz: http://www.cabmin.gov.az/page/doc/2974BAKU.WS
Oxşar xəbərlər
Şəxsi istehlak üçün ölkəyə mobil telefon gətirənlər dövlət rüsumu ödəyəcək – YENİ SƏRƏNCAM
Azərbaycan prezidenti İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyin edilməsi barədə sərəncam imzalayıb.BAKU.WSxəbər verir ki, dəyişikliyə əsasən sa...