Azərbaycan Türkmənistandan benzin alacaq

28
sen
2018
15:02
SOCAR şirkəti Bakı Neft Emalı Zavodunun təmirə bağlanması ilə əlaqədar Azərbaycana 80 min tonadək “Aİ-92” markalı benzin idxal etməyi planlaşdırır. BAKU.WS marja.az-a istinadən xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib. BNEZ yenidənqurma və modernləşdirilmə işlərinin həyata keçirilməsi məqsədilə qrafik üzrə 2018-ci ilin oktyabr ayında təmirə bağlanacaq. “BNEZ-nin qrafik üzrə təmirə bağlanması daxili tələbatın ödənilməsi məqsədilə “Aİ-92” markalı benzinin Azərbaycana idxalına zərurət yarada bilər. Söhbət 80 min tonadək benzin ixracından gedir”, - mənbə bildirib.Onun sözlərinə görə, benzin idxalı Türkmənistandan həyata keçiriləcək. “Bu, qiymət və logistika məsələləri baxımından münasib variantdır”, - mənbə əlavə edib.BAKU.WS
Oxşar xəbərlər
“Aİ 92"i bahalaşa bilər - Qiymətlərin artmasını şərtləndirən AMİLLƏR
Bakı Neft Emalı Zavodu oktyabrda əsaslı təmirə dayanır, benzinin qiyməti necə olacaq?Azərbaycanda “Aİ 95" və ”Aİ 98" benzinləri bahalaşdı. Bu markaları hamı “va...
