Azərbaycan neftinin SON QİYMƏTİ
25
okt
2018
23:41
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 24-də 78,06 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,4 dollar/barel azdır.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 24-də 77 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,41 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 24-də 73,54 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,57 dollar/barel azdır.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 24-də 77,56 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,53 dollar/barel azdır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 22-də 80,54 dollar/barel təşkil edib ki, bu da ötən həftən...