Azərbaycan nefti rekord artımdan sonra cüzi ucuzlaşdı
04
okt
2018
23:28
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 3-də 86,96 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamı gününə olan göstəricidən 0,14 dollar/barel azdır.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 3-də 86,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,14 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 3-də 83,01 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,21 dollar/barel azdır.Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə oktyabrın 3-də 85,73 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,08 dollar/barel azdır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 7-də 77,88 dollar/barel təşkil edib ki, bu da cümə axşamı...