Azərbaycan nefti ucuzlaşıb
22
iyn
2018
23:48
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 21-də 74,48 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,3 dollar/barel azdır. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 21-də 73,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,3 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 21-də 71,22 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,38 dollar/barel azdır.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 21-də 72,43 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,21 dollar/barel azdır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan neftinin son qiyməti
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 15-də 73,99 dollar/barel təşkil edib ki, bu da cümə axşamına...