Azərbaycan neftinin son qiyməti
21
iyn
2018
23:51
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 20-də 75,78 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,31 dollar/barel çoxdur. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 20-də 75,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,33 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 20-də 72,60 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,35 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 20-də 73,64 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,11 dollar/barel çoxdur.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 19-da 75,47 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə...