Azərbaycan nefti bahalaşıb
20
iyn
2018
23:50
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 19-da 75,47 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,05 dollar/barel çoxdur. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 19-da 74,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,08 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 19-da 72,25 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,06 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 19-da 73,53 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,03 dollar/barel çoxdur.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan neftinin son qiyməti
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 15-də 73,99 dollar/barel təşkil edib ki, bu da cümə axşamına...