Azərbaycan neftinin bareli 75 dolları keçib
07
may
2018
23:21
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 75,22 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 0,99 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 74,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,99 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 70,26 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,98 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 74,55 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,99 dollar/barel çoxdur.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan neftinin bir bareli 76 dollara çatır
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 26-da 75,71 dollar/barel təşkil edib ki, bu da çərşənbə günü...