Azərbaycan nefti bahalaşıb
13
dek
2018
23:41
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 12-də 63,01 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,49 dollar/barel çoxdur.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 12-də 61,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,49 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 12-də 57,9 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,68 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 12-də 60,23 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,49 dollar/barel çoxdur.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 64,54 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşa...