Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı
İqtisadiyyat 639
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 3-də 63,23 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 2,1 dollar/barel çoxdur.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 3-də 61,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,18 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 3-də 57,98 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 2,71 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 3-də 60,35 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 3,05 dollar/barel çoxdur.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 12-də 72,15 dollar/barel təşkil edib ki, bu da ötən həftəni...

547 İqtisadiyyat 23:45 13 noyabr 2018

Son xəbərlər