Azərbaycan nefti bahalaşıb

10
dek
2018
23:41
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 64,54 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 4,3 dollar/barel çoxdur.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 63,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 4,24 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,28 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 4,2 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 61,6 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 4,25 dollar/barel çoxdur.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşdı
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 3-də 63,23 dollar/barel təşkil edib ki, bu da ötən həftənin...
