Azərbaycan iqtisadiyyatında 1,3% artım olub
15
mar
2018
20:18
Bu il ilin yanvar-fevral aylarında ölkənin ÜDM-i əvvəlki ilin eyni dövrünə nisbətən 1,3% artaraq 11 541,5 mln. manat təşkil edib.BAKU.WS Statistika Komitəsinə istinadən xəbər verir ki, ÜDM istehsalının 48,3%-i sənayedə, 9,6%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,5%-i nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6,2%-i tikintidə, 2,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrində, 15,9%-i digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 6,6%-ni təşkil edib.Ötən ilin ilk 2 ayı ilə müqayisədə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,3% artıb, neft sektorunda isə eyni səviyyədə qalıb.Əhalinin hər nəfərinə düşən ÜDM 1178,7 manata bərabər olub.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda orta aylıq əmək haqqı azalıb
Bu il fevralın 1-nə olan vəziyyətə görə, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 508,4 min nəfər olub. BAKU.WS Dövlət Statistika Komitəsinə...