“Azəriqaz”ın üç departament rəhbərinin iş yeri dəyişdirilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Bakı şəhərində fəaliyyət göstərən üç departamenti üzrə kadr dəyişikliyi aparılmaqla yerdəyişmələr olunub.
Bu barədə “Azəriqaz”dan BAKU.WS-ə məlumat verilib. Bildirilib ki, Metrologiya Departamentinin rəisi Rauf Radiq oğlu Əhmədov vəzifəsindən azad edilməklə Birliyin Bakı Regional Qaz İstismarı Departamentinin rəisi təyin olunub.
Zehin Məhəmməd oğlu Rəsulov Bakı Regional Qazın Satışı Departamentinin rəisi vəzifəsindən azad olunmaqla Metrologiya Departamentinin rəisi təyin edilib.
Zamin Qurban oğlu Mehrəliyev isə Bakı Regional Qaz İstismarı Departamentinin rəisi vəzifəsindən azad olunmaqla Bakı Regional Qazın Satışı Departamentinin rəisi vəzifəsinə təyin edilib.
Oxşar xəbərlər
Ekspert: “SOCAR-ın xaricdəki fəaliyyəti Azərbaycana gəlirləri artıran fəaliyyətlərdəndir”
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) müxtəlif ölkələrdə biznes əməliyyatları həyata keçirir. Hazırda SOCAR Gürcüstan, Türkiyə, Ukrayna, İsveçrə,...
