"Azeri Light" neftinin qiyməti ucuzlaşıb

Dünya bazarında Azərbaycanın "Azeri Light" markalı neftinin bir barelinin qiyməti 0,43 ABŞ dolları və ya 0,64 % azalaraq 67,14 ABŞ dollarına düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.
Beynəlxalq hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin iyun ayı üçün fyuçerslərinin qiyməti 66,42 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" neftinin bir bareli 0,37 ABŞ dolları və ya 0,56 % ucuzlaşaraq 65,34 ABŞ dolları səviyyəsində qeydə alınıb.
Qeyd edək ki, Azərbaycanın 2025-ci il üzrə dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları götürülüb.
Oxşar xəbərlər
Sahibkarların NƏZƏRİNƏ: Yeni vergi və uçot tələbləri - İki mindən altı min manatadək cərimə
Oktyabrın 1-dən bazarlarda fəaliyyət göstərən təsərrüfat subyektləri üçün yeni vergi və uçot tələbləri qüvvəyə minib. Yeni qaydalara əsasən, bazar mülkiyyətçilə...
