"Azeri Light" neftinin qiyməti artıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,21 dollar və ya 0,3 faiz bahalaşaraq 70,08 ABŞ dollarına çatıb.
BAKU.WS xəbər verir ki, məlumata görə, "Brent" markalı neftin dekabr fyuçersləri hazırda 68,33 dollar səviyyəsində ticarət olunur. Türkiyənin Ceyhan limanında FOB bazasında satılan "Azeri Light" neftinin qiyməti isə 0,2 dollar və ya 0,29 faiz artaraq 68,44 dollara yüksəlib.
Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 dollar məbləğində nəzərdə tutulub.
Xatırladaq ki, "Azeri Light"ın tarixdə ən aşağı qiyməti 2020-ci il aprelin 21-də – 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda – 149,66 dollar olub. Bu neft əsasən "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilir və layihədə SOCAR-ın payı 31,65 faiz təşkil edir.
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi bahalaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,3 ABŞ dolları, yaxud 0,46 % artaraq 65,1 ABŞ dolları təşkil edib. Hərracların nə...