Azərbaycanla Türkiyə arasında 33 milyard kubmetr qaz tədarükü üzrə yeni müqavilə imzalanıb
Azərbaycanla Türkiyə arasında təbii qaz tədarükü üzrə 33 milyard kubmetrlik yeni müqavilə imzalanıb.
Bu barədə BAKU.WS Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktarin açıqlamasına istinadən xəbər verir.
Bayraktar bildirib ki, Xəzər dənizindəki Abşeron yatağından hər il 2,25 milyard kubmetr qaz Türkiyəyə tədarük ediləcək və müqavilə 2029-cu ildən başlayaraq 2040-cı illərə qədər davam edəcək.
Nazir qeyd edib ki, mövcud infrastrukturdan istifadə olunaraq qaz Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə Türkiyəyə çatdırılacaq. O həmçinin vurğulayıb ki, uzunmüddətli müqavilələr və enerji diversifikasiyası strategiyası sayəsində ölkənin enerji təhlükəsizliyi təmin edilir və yanacaq bazar qiymətləri rəqabətqabiliyyətli səviyyədə saxlanılır.
Oxşar xəbərlər
Azərbaycanda cərimələrdən büdcəyə daxilolmaların 12 % azalacağı gözlənilir
Bu il Azərbaycanda yığımlar və inzibati xətalara görə tətbiq edilmiş cərimələrdən dövlət büdcəsinə 149,1 milyon manat vəsait daxil olması gözlənilir. BAKU.WS bu...