Azərbaycanın tədiyyə balansında kəsir yaranıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin I rübündə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1 343,5 milyon ABŞ dolları təşkil edib. Halbuki, ötən ilin eyni dövründə tədiyyə balasında 2 019,3 milyon dollarlıq qalıq yaranmışdı.
BAKU.WS Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ümumi kəsir ölkənin cari əməliyyatlar balansındakı 646,3 milyon dollarlıq qalıq (illik müqayisədə 59,7% az), maliyyə hesabındakı 1 394,1 milyon dollarlıq kəsir (6,5 dəfə çox), balanslaşdırıcı maddələr üzrə 595,7 milyon dollarlıq kəsir (1 il bundan əvvəl qalıq olub) hesabına formalaşıb.
Oxşar xəbərlər
Bakıda əhalinin dollara tələbatının səbəbi nədir? - FOTO
Dünya bazarında neftin kəskin ucuzlaşması neft ölkələrinin valyutalarına mənfi təsir etməyə başlayıb. BAKU.WS FED.az-a istinadla xəbər verir ki, artıq qonşu Rus...