Azərbaycanın idarə, müəssisə və təşkilatlarının 9 ayda qiymətli kağızlar bazarından gəliri açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı idarə, müəssisə və təşkilatlar qiymətli kağızlar bazarından 750 milyon ABŞ dolları gəlir əldə edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,45 % çoxdur.
"Bir çox hallarda biz kapital və maliyyə hərəkəti balansını müzakirə edəndə deyirik ki, portfel investisiya üzrə aktivlərimiz artıb. Bu, kapital və maliyyənin hərəkəti balansında mənfi ilə düşsə də, növbəti dövrlərdə Azərbaycan iqtisadiyyatına ilkin gəlirlər balansı vasitəsilə kifayət qədər, belə deyək, vəsait gətirir. Yəni, bu faiz gəlirləridir. Yəni, qiymətli kağızların portfelindən dediyim gəlir, bu vaxtilə Azərbaycan rezidentlərinin xarici ölkələrin qiymətli kağız portfelinə yatırdığı investisiyanın faiz gəlirləridir. Və bu, kifayət qədər artıb", - deyə AMB rəsmisi qeyd edib.
Oxşar xəbərlər
"SOCAR Polymer" 9 ayda ixracdan 197 milyon dollar gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan "SOCAR Polymer" MMC 197 milyon ABŞ dolları dəyərində məhsul i...