Azərbaycanın Ermənistana builki ixracının dəyəri 17 milyon dolları keçib

Azərbaycanın Ermənistana builki ixracının dəyəri 17 milyon dolları keçib
İqtisadiyyat 14

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Ermənistana 17 milyon 128,64 min ABŞ dolları dəyərində mal ixrac edib.

BAKU.WS xəbər verir ki, bu barədə report-a Dövlət Gömrük Komitəsindən bildirilib.

6 ay ərzində Azərbaycanın Ermənistandan dolayı yolla idxalının dəyəri isə cəmi 960 ABŞ dolları təşkil edib. Ötən ay bu ölkədən idxal olmayıb.

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,1 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb.

Son nəticədə xarici ticarətdə 7 milyard 979 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər