Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlanıb
Azərbaycanın bu il aprelin 1-nə 16 milyard 492,9 milyon manat təşkil etmiş daxili dövlət borcunun 7 milyard 695,5 milyon manatını dövriyyədə olan dövlət qiymətli kağızları, 8 milyard 797,4 milyon manatını isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəlikləri təşkil edib.
BAKU.WS bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, hesabat tarixinə dövlət qiymətli kağızlarının 54,4 %-i 2 və 3 illik, 45,6 %-i isə 5 il və daha artıq müddətli olub.
Dövriyyədəolan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 3,6 təşkil edib. 3 ay ərzində qısamüddətli dövlət istiqrazlarının dövriyyə müddətinin bitməsi dövlət istiqrazları üzrə OÖM-ün artmasına səbəb olub.
Oxşar xəbərlər
"SOCAR Polymer" 6 ayda ümumi dəyəri 128 milyon dollardan çox olan məhsul ixrac edib
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan "SOCAR Polymer" MMC 128,3 milyon ABŞ dolları dəyərində məhsul ixr...