Azərbaycandan xaricə uçuşların sayı 20 %-ə qədər artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 41 ölkəyə 20 165 aviareys təşkil olunub.
"Report" Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 ölkə (20,5 %) və 3 325 aviareys (19,7 %) çoxdur.
Hesabat dövründə Azərbaycandan ən çox Rusiyaya 5 865 reys təşkil olunub. Bu da 1 il əvvələ nisbətən 13,1 % çoxdur.
9 ay ərzində Rusiyadan sonra ən çox Azərbaycandan Türkiyəyə aviareys təşkil olunub. Bu ölkəyə 4 517 reys olub ki, bu da illik müqayisədə 4,3 % çoxdur.
İlk üçlüyə 2 301 reyslə (+31,9 %) Birləşmiş Ərəb Əmirlikləri daxil olub. Daha sonra, TOP-10-luğa Gürcüstan 1 532 (+ 30,4 %), Səudiyyə Ərəbistanı 660 (- 7,9 %) , Qazaxıstan 637 ( + 4,9 %), Hindistan 495 ( + 4,6 dəfə) , Qətər 444 (+ 62,6 %), Küveyt 331 (+ 20,3 %) və İsrail 328 ( + 19,7 %) daxil olub.
İndiyə qədər ilk 10-luqda olan Özbəkistan (326 aviareys, - 31,3 %) 11-ci yerə düşüb, onun yerinə siyahıya Hindistan daxil olub.
Təkcə sentyabr ayında isə Azərbaycandan xaricə təşkil olunan aviareyslərin sayı 14,9 % artaraq 2 396 təşkil edib. O cümlədən, ötən ay Rusiyaya 731 reys təşkil olunub ki, bu da ötən ilin avqust ayı ilə müqayisədə 14 % çoxdur.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti dünya bazarında bahalaşıb
Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Azeri Light" markalı xam neftin bir barelinin qiyməti 1,03 ABŞ d...