Azərbaycandan islam ölkələrinə yeni yanaşma: D-8 üzvlüyü Bakının gücünü necə artıracaq?
Baku TV-nin "COP BAKU" verilişinin yeni buraxılışı yayımlanıb.
Bu dəfə 2025-ci ilin oktyabrın 17-də Bakıda keçirilən "D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoqu"nun əhəmiyyətindən bəhs edilib.
Türkiyə, Misir, Pakistan, Banqladeş, İndoneziya, İran, Malayziya, Nigeriyanın bir təşkilatda cəmləndiyi D-8 ölkələrinin nümayəndələrinin iqlimlə bağlı problemlərin həlli üçün bir araya gəldikləri diqqətə çatdırılıb.
Qeyd edilib ki, D-8 təşkilatı Azərbaycanın yenicə daxil olduğu iqtisadi platforma kimi islam ölkələri ilə münasibətlərdə yeni bir səhifə hesab olunur.
Proqramda iqtisadçı Xalid Kərimli vurğulayıb ki, D-8 təşkilatına üzvlük Azərbaycanın bu ölkələrlə əlaqələrə sistemli yanaşmasıdır. Onun sözlərinə görə, D-8 ölkələri ilə yaxın əlaqələr Azərbaycana iqtisadiyyatın bir sıra sahələrində böyük dividendlər qazandıra bilər.
O da bildirilib ki, D-8 təşkilatına üzvlük investisiya fəaliyyətini genişləndirən bir ölkə kimi yeni bazar rolunu da oynaya bilər. Eyni zamanda, bu ölkələrdən Azərbaycana ucuz məhsulların gətirilməsi üçün də geniş imkanlar yaranır.
Daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
Azərbaycan-Britaniya ticarətinin həcmi son 12 ayda 888 milyon funt-sterlinq olub
Son 12 ayda Azərbaycan və Böyük Britaniya arasında ticarətin həcmi 888 milyon funt-sterlinq təşkil edib. BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Britaniya...