Azərbaycanda vergi ödəyicilərinə XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinə xəbərdarlıq edib.
Dövlət Vergi Xidmətindən BAKU.WS-ə bildirilib ki, Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” Qanununa edilmiş dəyişikliklərlə bağlı hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi”ndə müvafiq düzəlişlər aparılıb.
Artıq iyulun 21-dən etibarən hesabatların təqdim edilməsi mümkündür.
Vergi ödəyiciləri cari ilin 11 avqust tarixinədək müvafiq hesabatları vergi orqanlarına təqdim etməlidirlər.
Oxşar xəbərlər
Azərbaycan sahibkarları dövlətdən azı 250 manat maliyyə dəstəyi alacaq
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarınd...