Azərbaycanda şəkər istehsalında ciddi artım qeydə alınıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 44,2 min ton şəkər və qənd istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 33,5 % artım deməkdir.
BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son bir ildə ölkədə şəkərli qənnadı məhsullarının istehsalı da yüksələrək 14,1 % artım göstərib və 1 549,2 ton təşkil edib.
Martın 1-nə olan vəziyyətə görə, hazır məhsul ehtiyatları da əhəmiyyətli dərəcədə çoxalıb. Belə ki, şəkər və qənd üzrə ehtiyatlar 18,9 min tona çataraq əvvəlki illə müqayisədə 9,5 dəfə artıb. Şəkərli qənnadı məmulatları üzrə ehtiyatlar isə 33,1 % yüksələrək 90,1 ton olub.
Hesabat dövründə ölkədə ümumilikdə 937,7 milyon manat dəyərində qida məhsulu istehsal edilib ki, bu da illik müqayisədə 11,4 % artımın qeydə alındığını göstərir.
Oxşar xəbərlər
TAP vasitəsilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) martın 30-da Yunanıstanın Kipoi çıxış nöqtəsindən 367 milyon 848 min 997 kVt/saat hə...