Azərbaycanda ötən il dövlət xətti ilə 440 milyon manat ipoteka krediti verilib
30
yan
2025
13:31
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
2024-cü ildə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 440,1 milyon manat kredit verilib.
BAKU.WS Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 4,7 % azdır.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 9,1 % azalaraq 447,3 milyon manat olub.
İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 22,2 % artaraq 550 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 0,1 % artaraq 87,7 milyon manata çatıb.
Oxşar xəbərlər
Azərbaycanın valyuta ehtiyatları dünya normasını 13 dəfədən çox üstələyir
Azərbaycanın strateji valyuta ehtiyatları 4,3 milyard ABŞ dolları artaraq 89,4 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. BAKU.WS "Report"a istinadən xəbər verir...