Azərbaycanda nağdsız ödənişlərin məbləği fevralda 30 % artıb

Bu ilin fevral ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 30 % artaraq - 7 milyard 133 milyon manat təşkil edib.
BAKU.WS Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 6 milyard 210 milyon manatı (87,1 %-i) elektron ticarətin payına düşüb.
Ödənişlərin 918 milyon manatı POS-terminallar, 3,3 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib.
Ötən ay ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi kart əməliyyatlarının həcminin 67,5 %-ni təşkil edib.
Bu il martın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 20 milyon 239 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 1,4 %, ilin əvvəli ilə müqayisədə 1,7 %, ötən ilin eyni dövrünə nisbətən 16,7 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 19,2 % artaraq 17,975 milyona, kredit kartlarının sayı isə 0,1 % artaraq 2,264 milyona çatıb. Fevralda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 10,177 milyard manat (illik müqayisədə 18 % çox) və 795 milyon manat (27,2 % çox) təşkil edib.
Hesabat dövründə ölkədə bankomatların sayı 7,1 %, POS-terminalların sayı isə 37,4 % artaraq müvafiq olaraq 3 358 ədəd (Bakı üzrə 1 798 ədəd) və 124 339 ədəd (Bakı üzrə 75 399 ədəd) təşkil edib.
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanı Avropa üçün neft qiymətlərini əhəmiyyətli dərəcədə artıracaq
Səudiyyə Ərəbistanı iyul ayında avropalı alıcılar üçün bütün növ neftin qiymətini bir barel üçün 1,8 dollar qaldıracaq. BAKU.WS "Report"a istinadən xəbər verir...
