Azərbaycanda kişilərin ortalama maaşı qadınlardan yüksəkdir

Dövlət Məşğulluq Agentliyinin tərəfindən respondentlər arasında keçirilən sorğunun nəticələrinə əsasən bildirilib ki, kişilərin maaş ortalaması qadınların maaş ortalamasından 1.44 dəfə daha yüksəkdir.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin Əmək Bazarı Bülleteni məlumat yayıb.
Məlumata görə, ortalama olaraq bir qadının əməkhaqqı bir kişinin əməkhaqqının 69%-ni təşkil edir.
"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" qadınların orta aylıq əməkhaqqının kişilərin orta aylıq əməkhaqqına nisbətini 2021-ci ildəki 65.8%-dən 80%-ə çatdırılmasını hədəfləyib.
Dövlət Statistika Komitəsi 2023-cü il bülletenində 2022-ci il üzrə qadınların orta aylıq əməkhaqqının kişilərin orta aylıq əməkhaqqına nisbətini 67.1% olaraq qeyd edib.
Əldə edilən məlumata əsasən, 2023-cü ilin son rübü üzrə bu rəqəmin 69% olması bu istiqamət üzrə müsbət trendin müşahidə edildiyini göstərir", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
SOCAR ilə MSC arasında strateji əməkdaşlığa dair saziş imzalanıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın ən böyük daşıma şirkəti olan MSC (Mediterranean Shipping Company) arasında strateji əməkdaşlığa dair saziş i...
