Azərbaycanda Gömrük Forumu keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin dekabr ayında Azərbaycanda Gömrük Forumu keçiriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri Ziya Hacılı Bakıda "KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda bildirib.
"Konfederasiya gömrük orqanları ilə birgə fəaliyyəti davam etdirir. Yaradılmış sahibkarlıq şuralarında qaldırılan məsələlər həllini tapır. Bu dialoq forması kimi bu ilin dekabrında keçiriləcək Gömrük Forumunun faydalı olacağına əminik", - o qeyd edib.
Z. Hacılının sözlərinə görə, Azərbaycanda 27 milyard manat təşkil edən ümumi kredit portfelinin 4 milyard manatı və ya 14 %-i ticarət sektorunun payına düşür: "Odur ki, bu sahə əhalinin məşğulluğunun təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda iqtisadiyyatın liberallaşdırılması istiqamətində böyük işlər görülüb".
Oxşar xəbərlər
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. BAKU.WS xəbər verir ki, bu barədə report-a Milli Məclisin Əmək və sosial siyasət...