Azərbaycanda əczaçılıq məhsullarının istehsalı artıb
Yeniliklərdən dərhal xəbərdar olun
2020-ci ilin yanvar-mart aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 289,8 milyon manatlıq məhsul istehsal edilib.
BAKU.WS-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 36,7 faiz, kimya sənayesində 25,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 25,0 faiz artıb.
Əsas kimya məhsullarından metanol istehsalı 89,4 faiz, propilen istehsalı 18,0 faiz, etilen istehsalı 16,5 faiz artıb. Rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 3,1 dəfə, bərk polipropilen boruların istehsalı 67,8 faiz artıb.
Oxşar xəbərlər
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı iki ayda 4 faizdən çox artıb
2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 184,7 mil...