Azərbaycanda dəmir yolu ilə sərnişindaşımaların həcmi 21% artıb

26
iyn
2019
18:47
Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 5,8 mln. ton yük və 1,3 mln. sərnişin daşınıb.BAKU.WS-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2018-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 5,7%, sərnişin daşınmasında isə 21% artım müşahidə olunub.Orta hesabla sutkada 277 vaqon yüklənib, 392 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 10,8 min ton, Qərb istiqaməti üzrə 4,3 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.
Oxşar xəbərlər
Azərbaycanda avtomobil idxalı 2 dəfədən çox artıb
2019-cu ilin yanvar-aprel aylarında Azərbaycan 11 695 nəqliyyat vasitəsi idxal edib.Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqa...
