Azərbaycanda avtomobil idxalı 2 dəfədən çox artıb

Azərbaycanda avtomobil idxalı 2 dəfədən çox artıb
İqtisadiyyat 871
2019-cu ilin yanvar-aprel aylarında Azərbaycan 11 695 nəqliyyat vasitəsi idxal edib.Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.Hesabata əsasən, ölkəyə idxal olunmuş nəqliyyat vasitələrindən 10 614-ü minik avtomobilləri və motorlu nəqliyyat vasitələridir. Bu göstərici də bir il ərzində 2,2 dəfə artıb.Hesabat dövründə ölkəyə 974 yük avtomobili (2 dəfə artım), 53 avtobus və 10 və daha çox sərnişin tutumuna malik digər motorlu nəqliyyat vasitələri (2,3 dəfə artım) və 54 xüsusi təyinatlı nəqliyyat vasitəsi (2,2 dəfə artım) idxal olunub.Bütün növ nəqliyyat vasitələri və ehtiyat hissələrinin idxalının ümumi həcmi 354,9 milyon manat təşkil edib. Bu göstərici Azərbaycanın idxal etdiyi bütün məhsullar arasında 7,8 faiz paya malikdir.Qeyd edək ki, 2018-ci ildə ölkəyə 28 876 nəqliyyat vasitəsi idxal olunmuşdu.

Oxşar xəbərlər

Azərbaycan avtomobil idxalını 3 dəfə artırıb

Azərbaycan avtomobil idxalını 3 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 5 169 ədəd avtomobil idxal edilib.Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.Son 1 ildə sürücü daxil ol...

790 Sosial 21:34 14 mart 2019

Son xəbərlər