Dağıstanla Azərbaycanı daimi dəmir yolu birləşdirəcək
31
okt
2018
22:02
Dağıstanla Azərbaycan arasında daimi dəmir yolu xətti fəaliyyətə başlayacaq.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə Dağıstan rəhbəri Vladimir Vasilyev deyib:"Bizim böyük nəqliyyat imkanlarımız var. Bakı ilə daimi dəmir yolu əlaqəsi quracağıq. Bu layihənin xalqın mənafeyinə çalışması üçün heç bir maneə görmürəm. Və bu bizim iqtisadiyyatımızı da inkişaf etdirəcək".2018-ci ilin aprel ayının əvvəlində Dağıstan və Rusiya Dəmir Yolu rəsmiləri Mahaçqala-Bakı marşrutu üzrə yeni dəmir yolu xətti layihəsini nəzərdən keçiriblər.Hazırda Moskva-Bakı, Rostov-Bakı və Xarkov-Bakı istiqamətləri üzrə qatarlar Mahaçqaladan keçməklə hərəkət edir.BAKU.WS
Oxşar xəbərlər
Sürücülərə şad xəbər - Neftçilər prospektindəki təmir başa çatdı
Bakının Neftçilər prospektində dəmir yolunun çıxarılması və yolun təmiri prosesi başa çatıb.Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət...