Azərbaycanda bu şəxslərin maaşları yeni redaksiyada təsdiqlənib

Nazirlər Kabineti "Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri"nin təsdiq edilməsi haqqında" qərarda dəyişiklik edib.
BAKU.WS-in xəbərinə görə, həmin Qərarla təsdiq edilmiş "Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının (Xidmətin rəhbərliyinə aid olan hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə (tarif) maaşlarının məbləğləri" və "Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin dövlət qulluqçusu olmayan 2 mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri" yeni redaksiyada təsdiq olunub.
Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.
Bu qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Oxşar xəbərlər
SOCAR: "Italiana Petroli"nin səhmlərinin alınması 2026-cı ildə tamamlanacaq
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın aparıcı enerji şirkətlərindən biri olan "Italiana Petroli" (IP) şirkətinin 99,82 %-lik səhmlərinin "API Holdin...
