Azərbaycanda bu il üçün 4 neft yatağı üzrə investisiya imkanları müzakirə olunub
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "GL Group" arasında bu il üçün "Kürsəngi", "Qarabağlı", "Buzovna-Maştağa" və "Qala və Zirə" neft yataqları üzrə planlaşdırılan əməliyyat və investisiya istiqamətləri müzakirə olunub.
Report GL şirkətinə istinadən xəbər verir ki, müzakirələr iki şirkətin rəhbərliyinin iştirakı ilə keçirilən Rəhbər Komitənin növbəti iclasında aparılıb.
İclasda "Kürsəngi" və "Qarabağlı" neft yataqlarında fəaliyyət göstərən "Salyan Oil Ltd" Əməliyyat Şirkətinin, eləcə də "Buzovna-Maştağa", "Qala və Zirə" neft yataqlarında fəaliyyət göstərən "Taghiyev Operating Company" MMC Əməliyyat Şirkətinin 2025-ci il üzrə iş proqramı və büdcənin icrası, həmçinin 2026-cı il üçün təqdim edilmiş iş proqramı və büdcəsi müzakirə olunub.
"GL Group"un baş icraçı direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalovun və SOCAR-ın vitse-prezidenti Babək Hüseynovun rəhbərliyi ilə keçirilən iclasda həmçinin saziş sahələrində görülmüş işlər müzakirə olunub.
Səfər çərçivəsində iclas iştirakçıları "Salyan Oil Ltd" Əməliyyat Şirkətinin "Qarabağlı" yatağında yerləşən 6-cı sahəyə, "Kürsəngi" yatağında yeni istismara verilmiş neft quyusuna, həmçinin hazırda qazma işləri aparılan neft quyusuna baxış keçiriblər.
Məlumata görə, keçirilən görüş "GL Group" və SOCAR arasında strateji əməkdaşlığın daha da genişləndirilməsi, istehsalat səmərəliliyinin artırılması və birgə layihələrin davamlı inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qalereya
Oxşar xəbərlər
Qızıl bazarında dalğalanma: qiymətlər rekorddan sonra kəskin dəyişir
Dünya bazarlarında qızılın qiyməti son günlər kəskin dalğalanma ilə diqqət çəkir. Analitiklərin məlumatına görə, qiymətlər əvvəlcə rekord həddə qalxdıqdan sonra...