Azərbaycanda bal bahalaşıb

14
mar
2023
15:12
2022-ci ildə Azərbaycanda balın 1 kiloqramının orta satış qiyməti 26,7 manat olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, 2021-ci illə müqayisədə 5,5 % çoxdur.
Ötən il ölkədə mumun 1 kiloqramının orta satış qiyməti 11,4 % artaraq 14,7 manat, vərəmumun 1 kiloqramının orta satış qiyməti 1,4 % azalaraq 91 manat, güləmin 1 kiloqramının orta satış qiyməti 12,1 % artaraq 131,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 13,85 % azalaraq 5,6 manat təşkil edib.
Oxşar xəbərlər
Azərbaycanda balın qiyməti fantastik dərəcədə artıb
Azərbaycanda balın qiyməti fantastik dərəcədə artıb. BAKU.WS Qaynarinfo-ya istinadla xəbər verir ki, əvvəllər balın bir kiloqramının qiyməti 25-35 manat arasınd...
