Azərbaycanda 82 nəqliyyat vasitəsi hərraclara çıxarılacaq

İyulun 8-də və 15-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlətin mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, hərraclara 82 nəqliyyat vasitəsi çıxarılacaq.
O cümlədən, iyulun 8-də keçiriləcək hərraca 27 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 2000-2014-cü illəri əhatə edir, start qiyməti 2-14.5 min manat arasında dəyişir.
İyulun 15-də keçiriləcək hərraca isə 6 lot üzrə 55 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 1997-2013-cü illəri əhatə edir, start qiyməti 1.5-294.15 min manat arasında dəyişir.
Hərraca çıxarılan əmlakların siyahısı ilə buradan tanış olmaq mümkündür.
Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.
Oxşar xəbərlər
IsDB Qrupunun illik iclaslarının Bakıda keçiriləcəyi tarix bəlli olub
İslam İnkişaf Bankı (IsDB) Qrupu 2026-cı il iyunun 16-dan 19-dək Bakıda Müdirlər Şurasının 51-ci İllik Toplantısını keçirəcək. BAKU.WS "Report"a istinadən xəbər...
