Azərbaycanda 7 ayda dövlət xəttilə 238 milyon manat ipoteka krediti verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-iyul aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 237,8 milyon manat kredit verilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) məlumat yayıb.
Qeyd edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 % azdır.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 20,8 % azalaraq 204,1 milyon manat olub.
İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 18,9 % azalaraq 300 milyon manata düşüb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 33,4 % artaraq 63,9 milyon manata çatıb.
Oxşar xəbərlər
Azeri Light neftinin qiyməti 125 dolları ötüb
Dünya bazarında Azərbaycan neftinin qiymətində artım qeydə alınıb. BAKU.WS xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,93 dollar və ya...