Azərbaycana 80 mindən çox avtomobil idxal edilib
Yeniliklərdən dərhal xəbərdar olun
2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 81 726 avtomobil idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41,47 faiz çoxdur.
BAKU.WS bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.
Hesabat dövründə idxal olunan avtomobillərin 76 348-i minik avtomobili olub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 42 faiz çoxdur.
Azərbaycan bu ilin on bir ayı ərzində 10 və daha çox sərnişintutumlu 213 avtomobil, 153 elektromobil və 11 464 hibrid avtomobil idxal edib.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycana idxal olunan yük avtomobillərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 43,2 faiz artaraq 5 024 ədəd təşkil edib.
Azərbaycan bu dövr ərzində 835,376 milyon dollar məbləğində avtomobil idxal edib.
Oxşar xəbərlər
Dövlət avtomobilləri satışa çıxır - "Mercedes S350" 3 min AZN - QİYMƏTLƏR
21 sentyabr 2021-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, hərraca 32 nəqliyyat vasitəsi çıxarılıb. Hə...