Azərbaycan və Türkiyə enerji əməkdaşlığını müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov arasında görüş keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Alparslan Bayraktar rəsmi "X" hesabında paylaşım edib.
"Bu gün nazirliyimizdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu və onu müşayiət edən nümayəndə heyətini qəbul etdik. Azərbaycanla enerji sahəsində əməkdaşlığımızı intensiv şəkildə davam etdiririk.
Görüşdə əsas müzakirə mövzularından biri təbii qaz və enerji sahəsindəki tərəfdaşlığımızın dəyərləndirilməsi oldu. Bununla yanaşı, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi və yeni layihələr üzrə məsləhətləşmələr apardıq", - deyə Bayraktar bildirib.
Azerbaycan Ekonomi Bakanı Sayın Mikayıl Cabbarov ve beraberindeki heyeti Bakanlığımızda ağırladık.
— Alparslan Bayraktar (@aBayraktar1) January 29, 2025
Dost ve kardeş ülkemiz Azerbaycan ile enerji alanındaki ilişkilerimizi yoğun bir şekilde sürdürüyoruz.
Sayın Cabbarov ile doğal gaz başta olmak üzere devam eden enerji iş… pic.twitter.com/1UycG3A6ZM
Oxşar xəbərlər
Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA
Bu ilin sentyabr ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 0,9 % artaraq 8 milyard 977 milyon manat təşkil edib. BAKU.WS Azərbaycan M...