Azərbaycan və İran arasında tranzit əməkdaşlığının inkişaf etdirilməsi araşdırılıb

Azərbaycan və İran arasında tranzit əməkdaşlığının inkişaf etdirilməsi araşdırılıb
İqtisadiyyat 19

Azərbaycan və İran arasında ikitərəfli münasibətlərin son vəziyyəti, eləcə də tranzit, sərhəd layihələri, neft və qaz əməkdaşlığının inkişaf etdirilməsi üzrə proqramları araşdırılıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq və Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev arasında telefon danışığı aparılıb.

Telefon söhbətində İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq qaz, elektrik, yükdaşıma sahələrində birgə iclasların təşkil olunduğuna diqqət çəkib və bu məsələlərin nəticələrinin araşdırılması məqsədilə birgə komitənin tez bir zamanda təşkil olunmasının önəmini qeyd edib.

Müharibə şəraitində İranın nəqliyyat infrastrukturlarına ziyan dəydiyini bildirən iranlı nazir ziyan dəyən yolların fəaliyyətinin bərpa olunduğunu, layihələr çərçivəsində yolların təkmilləşdirilməsi prosesinin durmadan davam etdiyini qeyd edib.

Sadeq iki ölkə münasibətlərinin müsbət prosesinin Prezidentlər və bütün səviyyələrdə rəsmilərin yaxın əməkdaşlığı və müzakirələrinə borclu olduğunu deyib.

Telefon söhbətində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev də dəmiryol layihələri çərçivəsində irəliləyişlərə toxunub və bildirib ki, Azərbaycanda Ağbənd istiqamətində dəmiryolu tikintisində irəliləyiş var. İranla əlaqədar hissədə işlər yekunlaşdığı halda, bu marşrut yükdaşıma potensialının artmasında önəmli rola sahib ola bilər.

Mustafayev qeyd edib ki, tranzit marşrutlarının bərpa olunması və aktiv saxlanılması ilə əlaqədar İran hökumətinin səyi alqışalayiqdir.

Telefon söhbətində tərəflər strateji və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin önəmini qeyd ediblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər