Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalına çəkdiyi xərci 20 %-ə yaxın artırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 30,9 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını idxal edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 19,7 % çoxdur.
Təkcə fevralda Türkiyə Azərbaycana 20,218 milyon ABŞ dollarlıq taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 44,1 % çoxdur.
İki ayda Türkiyənin taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixracının ümumi dəyəri illik müqayisədə 9,9 % azalaraq 1,881 milyard ABŞ dollarına, fevralda isə 10,3 % azalaraq 953 milyon ABŞ dollarına çatıb.
Oxşar xəbərlər
Fuad Nağıyev: "PATA ilə əməkdaşlıq Asiya-Sakit okean regionu ilə əlaqələrin gücləndirilməsinə xidmət edir"
"PATA ilə tərəfdaşlığımız Asiya-Sakit okean regionu ilə daha sıx əlaqələrin qurulmasına sadiqliyimizi nümayiş etdirir". BAKU.WS xəbər verir ki, bu sözləri "PAT...